"Barselona" baş məşqçisini dəyişməyə hazırlaşır. Matc.az saytı xəbər verir ki, Kataloniya klubu artıq yeni çalışdırıcısını müəyyənləşdirib.

Ernesto Valverdenin fəaliyyətindən narazı qalan klub rəhbərliyi İspaniya Superkubokunun yarımfinalındakı məğlubiyyətdən sonra onu istefaya göndərmək fikrinə düşüb. Valverdeni bu postda komandanın əfsanəvi kapitanı Xavi Ernandesin əvəzləməsi gözlənilir. Hətta hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavi ilə Dohada danışıq da olub. Ona 2,5 illik müqavilə təklif edilib.

Qeyd edək ki, "Əl-Sədd" klubu da bu gün yaydığı bəyanatda "Barselona"nın Xavi ilə danışıq apardığı təsdiqləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest