13 Yanvar 2020, 14:00
FUTBOL
İtaliya A seriyasının XIX turunda "Yuventus"u qəbul edən "Roma" ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Nikolo Zaniolo sıradan çıxıb.
Qarşılaşmanın 31-ci dəqiqəsində ciddi xəsarət alan 20 yaşlı oyunçu meydanı göz yaşları içində xərəkdə tərk edib. Artıq tibbi müayinədən keçən Zaniolonin çarpaz bağlarının qopduğu aşkarlanıb. Bu isə o deməkdi ki, yarımmüdadiəçi üçün mövsüm başa çatıb. Zaniolo bu gün əməliyyat olunacaq.
Qeyd edək ki, "Roma" - "Yuventus" görüşü ikincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.