13 Yanvar 2020, 15:47
FUTBOL
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Astana" ilə yollarını ayırıb. Ukraynalı mütəxəssisin ayrılığı rəsmən açıqlanıb. Bildirilib ki, təcrübəli mütəxəssislər müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Astana" ilə yollarını ayırıb. Matc.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin ayrılığı rəsmən açıqlanıb.
Bildirilib ki, təcrübəli mütəxəssislər müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Qriqorçuk 2018-ci ilin iyun ayında ailəvi səbəblərə görə, "Astana"dan getmiş, ötən ilin yanvarında isə işinə geri dönmüşdü. Ancaq bu dəfə tərəflər birdəfəlik vidalaşıblar.
Qriqorçukla birlikdə köməkçiləri də "Astana"dan gedib.