Premyer Liqa təmsilçisi "Mançester Yunayted" "Sportinq"in futbolçusu Bruno Fernandeşi heyətinə qatmağa hazırlaşır. Matc.az xarici mətbuata istinadən bildirir ki, "Qırmızı şeytanlar" artıq oyunçu üçün  danışıqlara başlayıb.

Lissabon təmsilçisi təcrübəli futbolçu üçün "Mançeter Yunayted"dən 60 milyon avro tələb edib. Bruno Fernandeş son turda "Sportinq"in "Setubal"ı 3:1 məğlub etdiyi  oyunda çıxış edib. 25 yaşlı futbolçu görüşdə iki qol vuraraq, komandasının qələbəsində böyük rol oynayıb.

Qeyd edək ki,"Sportinq"in baş məşqçisi  portuqaliyalı oyunçunun növbəti turda "Benfika"ya qarşı oyunda heyətə alınıb-alnmayacağını bilmədiyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest