"Fənərbağça"nın transfer etmək istədiyi Rikardo Rodrigez PSV-yə keçir. Matc.az xarici mətbuata istinadən bildirir ki, artıq Niderland təmsilçisinin nümayəndələri "Milan" klubu ilə danışıqlara başlayıb. 

Xəbərdə italiyalıların təcrübəli oyunçu üçün PSV-dən 6 milyon avro tələb etdiyi və qarşı tərəfin də bununla razılaşdığı qeyd edilib.

Qeyd edək ki, 27 yaşlı futbolçunun yaxın günlərdə "Fənərbağça"ya keçəcəyi gözlənilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest