15 Yanvar 2020, 17:46
FUTBOL
Tanınmış rumıniyalı futbolçu Adiran Mutunun yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Rumıniyanın U-21 millisinin baş məşqçisi təyin edilib.
Bununla bağlı məlumatı yerli federasiyanın rəsmi saytı yayıb.
Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən veteran hücumçu "çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda da oynayıb.