Mövsümün əvvəlində "çelsi"dən "Real"a transfer olunan Eden Azar performansı barədə danışıb. Matc.az xəbər verir ki, belçikalı futbolçu çəkisinin çox olduğunu qəbul edib:

"Düzdür, heçnəyi gizlətməyəcəm. Əgər tətil üçün vaxtım olarsa, istirahət şansını qaçırtmıram. ötən yay 5 kq artıq çəkim var idi. Ancaq mən çəkidən tez xilas olan biriyəm. Düzgün çalışaraq formumu bərpa edə bilirəm. "Lill"də çıxış edərkən, 72 kq idim. Sonra əzəli kütləsi qazandım və çəkim 75 kq oldu. Tətildən sonra isə bu rəqəm 80 kq çıxdı. Ancaq çalışaraq artıq 10 kq çəkimi ata bildim".

Qeyd edək ki, Eden Azarın bu mövsüm "Real"dakı çıxışı gözlənitilərin altında olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest