Almaniyalı futbolçu Lukas Podolski yenidən Türkiyəyə qayıdır. Matc.az xəbər verir ki, Super liqa təmsilçisi "Antalyaspor" Podolski ilə böyük ölçüdə razılığa gəlib.

Xəbərdə rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilib. Antalya təmsilçisinin baş məşqçisi Tamer Tuna oyunçu ilə danışıqlar aparıldığını təsdiqləyib. O, məsələnin 3-4 gün içərisində həl olunacağını deyib. 33 yaşındakı futbolçu bir dönəm "Qalatasaray"da da oynayıb.

Qeyd edək ki, Podolski hazırda Yaponiyanın "Vissel Kobe" komandasında çıxış edir. Təcrübəli oyunçu komandası ilə bu günə qədər keçirdiyi 60 oyunda 17 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest