"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandadan ayrılacağı gündəmdə olan Kristian Eriksen barədə danışıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis danimarkalı oyunçuya ehtiyacı olduğunu söyləyib.

"Biz məşqçilər bir-birimizi müdafiə etməliyik. Furbolçu başqa klubla razılığa gələnə qədər prosses gizli qalmalıdır. Məndən hansısa komandanın oyunçusu barədə nəsə soruşulanda açıq cavab vermirəm. Başqa klubun oyunçusu barədə necə danışım? Ancaq məsul şəxslərin Eriksen barədə danışdıqlarını görəndə təəccüblənirəm. Əgər futbolçu sizin deyilsə, onunla bağlı danışmamalısınız. Eriksenlə bağlı bizə heç bir təklif gəlməyib. O, bu tur "Uotford"a qarşı meydanda olacaq" - deyə, Joze bildirib.

Qeyd edək ki, "İnter"in baş məşqçisi Antonio Konte danimarkalı futbolçunu komandada görmək istədiyini bildirmişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest