"Barselona" futbolçusu Karles Peresi icarəyə verib. Matc.az xəbər verir ki, 21 yaşlı hücumçu mövsümün sonuna kimi icarə əsasında  "Roma"da çıxış edəcək.

 A seriyası təmsilçisi futbolçu üçün 1 milyon avro icarə haqqı ödəyib. Klub bu mövsümün sonu 11 milyon avro ödəyərək ispan oyunçunu birdəfəlik ala bilər.

Peres bu mövsüm 13 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest