"Fənərbaxça"nın futbolçusu Alper Potuk komandadan ayrılır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Tükiyə millisinin üzvü İstanbul təmsilçisindən ayrılsa da,  karyerasını Süper Liqada davam etdirə bilər.

Belə ki, təcrübəli oyunçunun xidmətində "Rizəspor" maraqlıdır. Rizə təmsilçisinin prezidenti Hasan Kartal oyunçunu transfer etmək istədiklərini açıqlayıb:

"Heyətimizi genişləndirmək istəyirik. Alper bizim sevdiyimiz oyunçudur. Bilirik ki, Alperlə daha bir neçə klub maraqlanır. Onu biz də istəyirik. Ancaq son qərarı o, özü verəcək. Düşünürəm ki, bir-iki günə hər şey bəlli olacaq".

Qeyd edək ki, Alper Potuk 2013-cü ildən "Fənərbaxça"da çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest