31 Yanvar 2020, 09:23
FUTBOL
Ukraynanın "Olimpik" klubunda çıxış Daniel Romanovskiy komandanın təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, litvalı futbolçu "Səbail"ə qarşı keçirdiyi yoxlama oyunundan da danışıb:
"Toplanış çox yaxşı keçdi. Bütün yoxlama oyunlarında qalib gəldik. Ancaq "Səbail"lə görüşdə Essyenə qarşı oynamaq çox xoş idi. O, dünya futbolunun əfsanəsidir. Belə xatirələr heç vaxt unudulmur".
Qeyd edək ki, Ukrayna təmsilçisi "Səbail"i 3:1 hesabı ilə məğlub etmişdi.