"Real Madrid"in oyunçusu Qaret Beyl transferin son günündə "Tottenhem"ə qayıda bilər. Matc.az xəbər verir ki, London təmsilçisinin rəhbəri "kral klubu" ilə danışıqlar aparmaq dünən Madriddə olub.

Məlumata görə, transferdə "Tottenhem"i düşündürən yeganə məqam oyunçunun maaşıdır. Beyl hazırda "Real Madrid"dən aylıq 600 min avro alır. London komandası isə bu miqdarın çox olduğunu düşünür. Əgər oyunçu maaşında güzəştə getsə, o zaman transfer gərçəkləşə bilər.

Qeyd edək ki, "Tottenhem" 2013-ci ildə Qaret Beyli 100 milyon avro qarşılığında "Real Madrid"ə satmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest