31 Yanvar 2020, 17:13
FUTBOL
AFFA-nın inzibati binasında Premyer Liqa oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar keçirilib.
Matc.az xəbər verir ki, F.Stuchlik seminar iştirakçılarına Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklər, VAR sisteminin hansı hallarda tətbiqi ilə bağlı ətraflı məlumat verib. Proqrama uyğun olaraq, 10 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videçoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun olaraq hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Daha sonra viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.
Sonda Azərbaycan Premyer Liqasının qış fasiləsinədək keçirilmiş oyunlarında qeydə alınmış maraqlı epizodlardan ibarət videoçarxlar nümayiş olunub, müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.