01 Fevral 2020, 09:33
FUTBOL
PSJ-nin baş məşqçisi Tomas Tuhel Edinson Kavaninin gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis təcrübəli forvardın komandada qalacağını açıqlayıb:
"PSJ-də rəqabət olmalıdır. çünki rəqabət səni inkişafa aparar. Həyatda PSJ-də qalmaqdan daha pis şeylər var. Düşünürəm ki, o, qısa vaxtda özünü toparlayacaq. Ona ehtiyacımız var".
Qeyd edək ki, Edison Kavani komandanı tərk etmək istədiyini açıqlamışdı. Uruqvaylı hücumçu bu mvsüm komandası ilə 14 oyun keçirib və 5 qol vurub.