"çelsi"nin baş məşqçisi Frenk Lempard klubun yeni futbolçu almamasından danışıb.
 
Matc.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yeni transferlərin komandanın atmosferini dəyişmək üçün vacib olduğunu bildirib:
 
"Reallıq budur ki, nədənsə biz heç bir müqavilə bağlamadıq. Ətrafıma baxıram və görürəm  ki, "Mançester Yunayted" dünya səviyyəli futbolçunu- Bruno Fernandeşi alıb. "Tottenhem" 1-2 futbolçu transfer etdi, amma yenə də bizdən geri qalmırlar. Klubla müqaviləsi başa çatan, artıq burada xoşbəxt ola bilməyən bir neçə oyunçu da komandadan ayrıldı. Bəzən yeni futbolçuların gəlişi çox vacibdir. Komandanın içində atmosfer dəyişir. Ona görə də bu məsələ üzərində işləməyin ağıllı addım olduğunu düşünürəm".
 
    

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest