Son günlər bu postun Səbuhi Səfiyarlıya həvalə olunacağı barədə söhbətlər dolaşır. "Qəbələ"nin meneceri vəzifəsindən ayrıldıqdan sonra işsiz qalan gənc mütəxəssis Həsənovun xələfi ola bilər.
Rəhbərsiz qalan "Səbail"də tezliklə bu problem yoluna qoyula bilər. İdman direktoru Ramin Həsənovun istefa verərək "Sabah"a yollanmasında sonra vakant qalan posta namizəd tapılıb. Hələlik bu postda komandanın meneceri Fərəc Əliyev əyləşib. Lakin onun sultanlığı müvəqqətidi, tezliklə əsas işinə qayıdacaq. Kluba idarəçi isə başqa adam təyin olunacaq.
Son günlər bu postun Səbuhi Səfiyarlıya həvalə olunacağı barədə söhbətlər dolaşır. "Qəbələ"nin meneceri vəzifəsindən ayrıldıqdan sonra işsiz qalan gənc mütəxəssis Həsənovun xələfi ola bilər.
Səfiyarlı əməkdaşımızla söhbətində xəbəri təkzib etməyib. Bu barədə müəyyən söz-söhbət eşitdiyini, lakin real təklif almadığını bildirən Səbuhi bəy "Səbail"də işləməyin əleyhinə deyil.
Xatırladaq ki, Səfiyarlı "Qəbələ"dən öncə "Neftçi və "İnter" klublarında müxtəlif vəzifələrdə çalışıb. futbolinfo.az