PSJ-nin baş məşqçisi Tomas Tuxel "Monpelye"yə qalib gəldikləri oyunda (5:0) Mbappe ilə yaşadığı problemdən danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis fransalı futbolçunun buna görə komandadan ayrılacağını düşünmür:

"Mbappenin komandadadan ayrılmaq üçün belə şeylər etdiyini düşünmürəm. O, bizim əsas oyunçularımızdan biridir. Klubla müqaviləsi davam edir. Onun haqda danışılası yaxşı şeylər də var. Ancaq təəssüf ki, azarkeşlər, jurnalistlər belə mövzuları danışmağı xoşlayırlar. Bu isə məyusedicidir"

Qeyd edək ki, ulduz futbolçu sözügedən görüşün 68-ci dəqiqəsində əvəzlənməsinə sərt təpki göstərmişdi. O, bu mövsüm komandası ilə keçirdiyi 16 oyunda 14 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest