Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun dəyərində dəyişiklik olub. Matc.az xəbər verir ki, yenilənmiş siyahıda 29 yaşlı futbolçunun qiyməti artıb.

Dadaşovun dəyəri dekabrda 250 min avro göstərilirdisə, onun indiki qiyməti 275 min olub.  Bununla da millimizin üzvünün son 3 ildə dəyəri iki dəfədən çox artıb. Təcrübəli hücumçunun 2017 ci ildə qiyməti 125 min avro idi.

Rüfət Dadaşov yanvarda Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"dən ayrılıb Amerika klubu "Foneks Rizinq"ə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest