"Qalatasaray"ın zədəli futbolçuları komanda ilə birgə məşqlərə başlayıblar.

Matc.az xəbər verir ki, uzun müddətdir meydanlardan uzaq qalan Florin Andone artıq tam sağalıb. Bundan başqa, "sarı-qırmızılar"ın zədə səbəbindən Süper Liqanın son matçında "Kayserispor"a qarşı oynaya bilməyən Radamel Falkao və Sarakki də hazır vəziyyətə gəlib.

Qeyd edək ki, İstanbul təmsilçisi sabah Türkiyə Kubokunun ¼ final mərhələsində "Alanyaspor"la qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest