Almaniya kubokunun 1/8 final mərhələsində "Borussiya" (Dortmund) səfərdə "Verder"ə (Bremen) 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, qarşılaşmada Dordmund təmsilçisinin ilk qolunu vuran Erlinq Holand növbəti rekorda imza atıb.

Norveçli futbolçu yeni komandasında meydana çıxdığı 4 oyunda 8 qol vuraraq klub tarixinə keçib. Bundan başqa, 19 yaşlı futbolçu keçirdiyi debüt görüşlərinin hamısında fərqlənməyi bacarıb. O, "Zalsburq"da çempionlar Liqasında, "Borussiya" ilə Bundesliqa və Almaniya klubokunda meydana çıxdığı ilk oyununda adını tabloya yazdıra bilib.

Erlinq Holand komandaya yanvarda qoşulub. "Sarı-qaralar" oyunçunun keçidi üçün "Zalsburq"a 45 milyon avro ödədiyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest