"Barselona"nın kapitanı Lionel Messin klubun idman direktoru Erik Abidalın komanda haqda fikirlərinə qarşı çıxıb. Matc.az xəbər verir ki, Abidal istefaya göndərilən Ernesto Valverdenin dönəmində  futbolçuların xoşbəxt olmadıqlarını və yetəri qədər çalışmadıqlarını bildirib. 
 
Ancaq klub rəsmisinin bu sözləri Messinin xoşuna gəlməyib. O, "İnstaqram" hesabında bununla bağlı yazıb:
 
"Belə şeyləri sevmirəm. Hər kəs öz işinin məsuliyyətini bilməli və buna görə davranmalıdır. Futbolçular meydanda baş verənlərə görə məsuliyyət daşıyırlar. Yaxşı oynamadığımız zaman bunu ilk biz etiraf edirik. Əgər futbolçular haqqında danışırsansa, ad çəkməlisən, əks təqdirdə, hamının üzərinə kölgə salacaqsan".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest