PSJ-nin futbolçusu Di Mariya Fransa çempionatının səviyyəsindən danışıb. Matc.az xəvər verir ki, tcrübəli futbolçu Liqa 1-in səviyyəsinin çox yüksəldiyini bildirib:

"Mən bura gəldiyim ilk illə müqayyisədə indi hər şey daha fərqlidir. çempionat hər ötən il daha da inkişaf edir. Rəqiblər bizə qarşı daha fərqli hazırlaşır. Məşqçilər də PSJ-yə qarşı necə mübarizə aparmalı olduqlarının bilirlər. çoxları Liqa 1-in zəif çempionat olduğunu düşünür. Ancaq qətiyyən belə deyil. Premyer Liqaya baxın. "Liverpul" hamıdan neçə xal qabaqdadır. Bu, Premyer Liqanın zəif olduğunu göstərir?"

PSJ hazırda turnir cədvəlində liderdir. Paris təmsilçisinin ikinci yerdəki "Marsel"lə arasında 15 xal fərq var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest