"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"da çalışarkən "Real Madrid"ə qarşı 6:2 hesabı ilə qalib gəldikləri oyundan danışıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmin gecənin çox möhtəşəm olduğunu açıqlayıb:

"Barselona"dakı ilk ilimi unuda bilmirəm. Həmin il qazandığım kubok mənim üçün çox önəmlidir. "Real Madrid" qarşılaşmasından öncə onlardan 12 xal öndəydik. Rəqib bu görüşü udub xal fərqini azaltmaq istəyirdi. Məğlub olsaydıq, bizim üçün yaxşı olmazdı. Ancaq fərqli qələbə qazanaraq möhtəşəm bir gecə yaşadıq".

Qvardiola 2008-2012-ci illərdə "Barselona"nın baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest