Türkiyə kubokunun 1/4 final mərhələsinin ilk oyununda ""Qalatasaray" səfərdə "Alanyaspor"a 0:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, görüşün ardından İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim cavab qarşılaşması üçün ümidli danışıb:

"Əvvəla rəqibi təbrik edirəm. Bizdən daha yaxşı oynayıb qalib gəldilər. Heyətdə müəyyən dəyişikliklər etməyə məcburduq. Bəzi oyunçuları gördük, digərlərini sınadıq. Nəticədə məğlub olduq. Düzdür, növbəti tura yüksəlmək üçün şanslarımız azaldı. Ancaq hələ heç nə bitməyib".

"Qalatasaray" – "Alanyaspor" matçı fevralın 12-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest