Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
 
Matc.az xəbər verir ki,  Azərbaycan millisi bundan əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib.  Millimiz 1407 xalla 14-cü pillədə qərarlaşıb. Siyahıya 1843 xalla Braziliya başçılıq edir. İspaniya 2-ci (1801), Argentina 3-cüdür (1648).
 
Yığmamız bu ay dünya çempionatının elit raundunda Xorvatiyaya uduzub, Rusiyaya qalib gəlib, Slovakiya ilə heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest