07 Fevral 2020, 11:38
FUTBOL
"Barselona" "Vulverhempton"da çıxış edən Adam Traoreni qaytarmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, ispaniyalı futbolçunun bu ilki çıxış Katalonitya təmsilçisini razı salıb. Onlar mövsümün sonunda Traoreni transfer etmək istəyirlər.
"Vulverhempton"un 24 yaşlı futbolçu ilə 2023-cü ilə qədər müqaviləsi var. "Qurdlar" iki il öncə ispaniyalı futbolçunu 20 milyon avro qarşılığında rənglərinə bağlamışdı.
Qeyd edək ki, Traore 2013-cü ildə "Barselona"dan "Aston Villa"ya keçmişdi.