"Barselona"nın müdafiəçisi Cerar Pike Messi ilə klubun idman direktoru Erik Abidal arasında yaşananlarla bağlı açıqlama verib. Matc.az xəbər  verir ki, ispaniyalı oyunçu belə şeylərin komandaya faydasının olmayacağını bildirib:
 
"Düşünürəm ki, hamı onun nəyi düzgün, nəyi səhv etdiyini bilir. Biz çalışmağa davam etməliyik. Hər şeyi bir-birimizin üstünə atmamalıyıq. çünki belə şeylər bizə fayda verməyəcək. çalışıb oyun tərzimizi düzəldib, qələbələr qazanmalıyıq. Artıq məşqçimizin tapşırıqlarını başa düşmək vaxtıdır". 
 
Erik Abidal Valverdenin dönəmində komandada bəzi oyunçuların oynamaq istəmədiyini açıqlayıb. Lionel Messi isə buna təpki göstərib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest