"Real"ın futbolçusu Qaret Beylin agenti Conatan Barnett uelsli futbolçunun gələcəyi ilə bağlı danışıb. Matc.az xəbər verir ki, o, Beylin "Real"dan ayrılmaq fikrində olmadığını deyib:
 
"Zidan heç vaxt Beyldən bezməyib. Onun son oyunlarda iştirak etməməsini cənab Zidandan soruşun. Qaret Madriddəki həyatından məmnundur. Hər şey yaxşıdır. Ən azı daha iki il "Real"da qalacaq. Zidan və Beyl hazırda əla münasibətdədir".
 
Beylin "Real"la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest