Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq qapıçısı Aleksandr Jidkovun yeni iş yeri bilinib. Matc.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Rusiyanın "Avanqard" klubunda məşqçi kimi çalışacaq. Bu barədə Kursk təmsilçisinin rəsmi saytı məlumat yayıb. Jidkov yeni komandasında qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək. "Avanqard" Rusiyanın 1-ci divizionunda mübarizə aparır.

1984-1987-ci illər aralığında "Neftçi"də çıxış edən Jidkov, Azərbaycan millisində 21 oyuna çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest