Milli komandamızın üzvü Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Ukrayna təmsilçisi Qazaxıstanın "Kızıl Jar" klubu ilə qarşılaşıb.

Görüş 2:0 hesabı ilə "Aleksandriya"nın qələbəsiylə başa çatıb. Pavel Paşayev oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. Həmyerlimiz oyunda heç nə ilə yadda qalmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest