"Milan"ın sabiq üzvü Kaka Messinin "Barselona"nı tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, əfsanəvi futbolçu argentinalının bütün liqalarda oynaya biləcəyini söyləyib:

"Messinin "Barselona"nın tərk edəcəyi dəqiqləşməyib. Ancaq o, karyerasını başqa ölkələrdə də davam etdirə bilər. Messi üçün Premyer Liqa və ya digər çempionatlarda oynamaq problem deyil".

Messi bu mövsüm Kataloniya təmsilçisi ilə çıxdığı 18 oyunda 14 qol vurub. Son günlərdə onun yayda "Barselona"dan ayrılacağı barədə xəbərlər yayılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest