10 Fevral 2020, 12:18
FUTBOL
"Milan"ın forvardı Zlatan İbrahimoviç A Seriyasının 23-cü turunda evdə "İnter"ə məğlub olduqları (2: 4) görüş barədə danışıb. Matc.az xəbər verir ki, isveçli futbolçu ikinci hissənin istədikləri kimi keçmədiyini bildirib:
"Baş verənləri izah etmək çətindir. Fasilə zamanı özümüzə ikinci yarının ilk 15 dəqiqəsinin həlledici olacağını söylədik. Ancaq buna rəğmən, 15 dəqiqədə iki qol buraxdıq. İkinci hissə sanki mübarizəni dayandırdıq. Hesab bərabərləşəndən sonra hər şey çökdü. Düşünürəm ki, çox şey təcrübədən asılıdır. Oyunu 2: 0 öndə olarkən necə idarə edəcəyinizi bilməlisiniz və yalnız bundan sonra qalib gələ bilərsiniz. Açığı, "İnter"dən daha çox şey gözləyirdim. İlk hissədə ikinci yerə layiq komanda kimi görünmədilər".