10 Fevral 2020, 15:37
FUTBOL
Ağabala Ramazanov "Zirə"nin tarixində ilkə imza atıb.
Matc.az xəbər verir ki, 27 yaşlı hücumçu "Zirə"nin heyətində Premyer Liqada keçirdiyi ilk iki oyunda qol vuran ilk futbolçu olub.
15-ci turun "Sabah"la görüşündə (2:0) debüt edən forvard həmin oyunda qol hesabını açıb. Ağabala 16-cı turun "Sumqayıt"la səfər qaşılaşmasında (1:2) da meydanı qolsuz tərk etməyib.