10 Fevral 2020, 17:15
FUTBOL
"İnter"in yeni oyunçusu Kristian Eriksen Milan derbisinin ardından açıqlama verib. Matc.az xəbər verir ki, danimarkalı futbolçu stadiondakı ab-havaya heyran qaldığını bildirib:
"Demək olar ki, ilk hissə depresiyaya düşdük. Lakin buna rəğmən, stadionu gülərək tərk edə bildik. Unudulmaz bir təcrübə idi. Tərəfdarlar bütün kürsü üçün böyük bir xareoqrafiya hazırlamışdılar. İngiltərə Premyer Liqasında bu şeylər qadağan olduğu üçün orada belə bir ab-hava görə bilməzsiniz. Burada həqiqətən azarkeşlərin səni itələdiyini hiss edirsən".
Eriksen qarşılaşmaya ehtiyyat skamyasında başlasa da, fasilədən sonra meydana daxil olub.