11 Fevral 2020, 09:00
FUTBOL
"Liverpul" yayda hücum xəttini gücləndirməyi planlaşdırır. Matc.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp "Bayer" in yarımmüdafiəçisi Kay Havertsi heyətinə qatmaq istəyir.
Transferdə yeganə əngəl 20 yaşlı oyunçunun qiymətidir. Belə ki, Almaniya klubu futbolçu üçün 130 milyon avro tələb edir.
"Qırmızılar" isə Havertsin qiymətinin 100 milyon avroya endirilməsini gözləyir. Əgər tərəflər razılığa gələ bilməsə, "Liverpul" 80 milyon avro qarşılığında Filipp Koutinyonu qaytarmağa çalışacaq.
Haverts bu mövsüm Bundesliqada çıxdığı 18 matçda 4 qol vurub.