11 Fevral 2020, 17:50
FUTBOL
Bu günlərdə "Avanqard" klubuna qapıçı məşqçisi təyin edilən Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov Rusiya mətbuatına maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, 54 yaşlı mütəxəssis əfsanəvi ukraynalı məşqçi Valeri Lobanovski barədə xatirəsini bölüşüb.
Jidkov 1988-ci ildə "Neftçi"dən Kiyev "Dinamo"suna keçidini məhz Lobanovski ilə əlaqələndirib: "Həmin dövrdə çıxışımla Lobanovskidə pis təəssürat oyatmamışdım. Bir qədər sonra Moskvadakı yoldaşlıq görüşünə dəvət aldım. Oyundan əvvəl məni otağına çağırdı. Soruşdu ki, yığmada oynamaq istəyərsən? Dedi ki, "Neftçi" səviyyəsini aşmısan, bununla bağlı "Dinamo"ya ərizə yaz".
Aleksandr Jidkov 1994-1998-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyub.