12 Fevral 2020, 10:42
FUTBOL
"Neftçi" sabiq baş məşqçisi Roberto Bordin Azərbaycandakı karyerası ilə bağlı danışıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis burada üzləşdiyi çətinliklərdən söz açıb:
"Şerif"lə iki dəfə ölkə çempionluğu qazandım. Daha sonra "Neftçi"də çalışdım. Orada yaxşı başlamışdıq. Ancaq fərqli zehniyyət, mədəniyyət və çalışma tərzi ilə qarşılaşırsan. Bu amillər istər-istəməz insana çətinlik yaradır".
Qeyd edək ki, "Neftçi" qış fasiləsində Roberto Bordini istefaya göndərib.