"Bavariya" yay transfer pəncərəsində yarımmüdafiəçi Korenten Tolissonu satmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçu Münhen klubunun satış siyahısında birinci yerdədir. Buna səbəb, "Bavariya"da yeni transferlər üçün vəsait tələb edilməsidir. Bu səbəbdən də Tolisso və adları açıqlanmayan daha bir neçə oyunçu satılacaq.

Qeyd edək ki, Tolisso cari mövsümdə "Bavariya" ilə  19 matç keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest