"Liverpul"un baş məşqçisi Yurgen Klopp müqavilənin sonuna qədər öz istəyi ilə klubu tərk edə bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, almaniyalı mütəxəssisin müqaviləsində hər mövsümün sonunda Bundesliqaya qayıda biləcəyi bir bənd var. Klopp payızda Liverpul təmsilçisi ilə yeni bir müqavilə imzalayıb. Onun 2024-cü ilə qədər "qırmızılar"ın başında olacağı bildirilib.

Qeyd edək ki, Klopp "Liverpul"la ötən mövsüm çempionlar Liqasını qazanıb.

Almaniyalı mütəxəssis daha öncə , 2001-2008-ci illərdə "Mains", 2008-15-ci illərdə isə "Borussiya" komandalarına rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest