Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" Antalyada davam edən təlim-məşq toplanışı çərivəsində növbəti yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, komanda "Dnipro -1" kollektivi ilə qarşılaşıb. Paşayevin çıxış etmədiyi matçda "Aleksandriya" görüşdən 1:2 hesabı ilə məğlub ayrılıb. Millimizin üzvünün adı oyunun iştirak ərizəsində olsa da, Pavel meydana daxil olmayıb.

Qeyd edək ki, bu, "Alkesandriya"nın yoxlama görüşlərində aldığı ilk məğlibiyyət olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest