Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə milli komandamızı təbrik edib.
 
Matc.az xəbər verir ki, özünün Tvitter səhifəsində dövlət başçısı yazıb:
 
"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest