"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis növbəti mövsümdən "Mançester Yunayted"i çalışdıracaq.

 "Yuventus" rəhbərliyinin Sarrinin işindən narazı olduğu və onun yerinə Alleqrini qaytarmaq istədiyi bildirilir. Turin klubu ilə yanaşı, "Milan" da italiyalının xidmətində maraqlıdır. Ancaq 52 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisi "Mançester Yunayted"lə razılığa gəlib. Onun növbəti mövsümdən komandanın başında olacağı iddia edilib.

Qeyd edək ki, Alleqri bu yaxınlarda mövsüm bitənə kimi heç yerdə çalışmayacağını açıqlamışdı

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest