"Lastio" "çelsi"nin hücumçusu Olivie Jirunu heyətinə qatmaq istəyir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu yayda London təmsilçindən ayrılacaq.

Məlumata görə, İtaliya klubu Jiruya ilk təklifini edib. Ancaq təcrübəli hücumçu təklifi qəbul etməyə tələsmir. Belə ki, yayda azad agent olacaq oyunçuya daha bir neçə klub maraq göstərir. Bunların arasında "Tottenhem" də var. Bu səbəbdən də fransalı özü üçün ən uyğun təklifi gözləyir.

Qeyd edək ki,İspaniya mətbuatı Jirunun "Barselona"nın da diqqətində olduğunu yazıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest