24 Fevral 2020, 11:03
FUTBOL
Azərbaycan Premyer Liqasının XVIII turu "Qarabağ"ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib.
Bu, "Sumqayıt"la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.