"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın transfer siyasətindən danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis heyəti qorumağın vacibliyini xatırladıb:

"Komandanı gücləndirmək çətindir. "Liverpul"un bir hissəsi olmaq, öz yerləri uğrunda mübarizə aparmaq istəyən oyunçulara hər zaman ehtiyac var. Heyətdə belə oyunçularımız çoxdur və kim bizə gəlmək istəyirsə, eyni cür olmalıdır. Hazırda komandamızın yaşı ortalaması gəncdir. İki-üç ildən sonra bəlkə də fərqli olacaq, ancaq indi hər şey qaydasındadır. Onların bəzilərinin ayrılacağı barədə nəsə demək doğru olmaz. Gələcəkdə nələrin olacağı sizin nə istədiyinizdən asılıdır. Bəli, bu gün azarkeşlər oyundan razıdır. Bütün qərarları bunu nəzərə alaraq verməliyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest