"Mançester Yunayted"in sabiq hücumçusu Robin van Persi yay transfer pəncərəsində "qırmızı şeytanlar"a məsləhət verib. Matc.az xəbər verir ki, hollandiyalı mütəxəssis kluba PSJ-nin forvardı Edinson Kavaninin gətirilməli olduğunu bildirib:

"Mançester Yunayted" yayda Edinson Kavanini heyətinə cəlb etməlidir. O, əla formadadır. Kavani bunu PSJ və Uruqvay millisində sübut edib. Əgər o sənin komandandadırsa, bir mövsümdə 25 qol vuracaq. Mən onun çıxışını izləyib, ona qarşı oynamışam və keyfiyyətlərinə əminəm. Edinson yalnız qolla yaşayır".

Qeyd edək ki, Kavani cari mövsümdə PSJ-də 19 oyun keçirib və 7 qol vurub. Onun Paris klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest