AFFA-nın təşəbbüsü aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, silsilə məşğələlər keçirilir, müxtəlif mədəni tədbirlər təşkil olunur.
Növbəti belə məşğələ Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri üçün keçirilib. Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara "insan həyatında təşəbbüskarlıq, naməlum cığırlar axtarışı" mövzularında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb.