"Milan"ın forvardı Zlatan İbrahimoviç komanda  mövsümün sonunda çempionlar Liqasına vəsiqə qaznamasa belə klubda qala bilər. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, "Milan" rəhbərliyi isveçli futbolçu ilə müqavilə yeniləmək niyyətindədir. İbrahimoviçin də komandada qalmağa razı olduğu bildirilir. Ancaq 38 yaşlı futbolçunun klub rəhbərliyindən şərti var. O, rəhbərlikdən heyətin gücləndirilməsini və növbət mövsüm üçün komandanın ciddi yerlər uğrunda mübarizə aparmasını tələb edib.

Qeyd edək ki, isveçli forvard bu mövsüm A Seriyasında 7 matç keçirib və bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest