27 Fevral 2020, 15:45
FUTBOL
PSJ-nin prezidenti Nasser Əl Xelafi Dieqo Simeoneni komandanın başına gətirmək sitəyir. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, klub rəhbəri Paris təmsilçisinin çempionlar Liqasını məhz argentinalı mütəxəssislə qazana biləcəyini düşünür. PSG-nin hazırkı baş məşqçisi Tomas Tuxellə yayda yolların ayrılacağı yazılıb. Onun "Bavariya"nın başına keçməsi gözlənilir.
Qeyd edək ki, Simeone 2011-ci ilin yayından "Atletiko"nu çalışdırır.